Macarıstanın məşhur enerji içkisi istehsalçısı Azərbaycanda şirkət yaradıb

Biznes
  • 26 iyul, 2023
  • 06:39
Macarıstanın məşhur enerji içkisi istehsalçısı Azərbaycanda şirkət yaradıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Macarıstanın məşhur enerji içkisi istehsalçısı “Hell Energy LTD” şirkətinin Azərbaycandakı törəməsi "Hell Energy Azerbaijan" MMC-ni dövlət qeydiyyatına alıb.

“Report” Nazirliyə istinadən xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, ev 203A, mənzil 37, nizamnamə kapitalı 480 000 ABŞ dolları, qanuni təmsilçi isə Hüseyn Fikrət oğlu Əliyevdir.

44 filmi