Macarıstandan Azərbaycana heyvanlar üçün vaksin idxalı 46 dəfə artıb
- 19 noyabr, 2022
- 08:34
2022-ci ilin ilk 9 ayında Azərbaycan 8,71 milyon ABŞ dolları dəyərində 78,48 ton baytarlıq vaksini idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 60 %, kəmiyyət olaraq – 84 % çoxdur.
Hesabat dövründə Türkiyədən 1,493 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 66 % artıb) 17,1 ton (+6,2 dəfə), Ukraynadan 1,29 milyon ABŞ dolları dəyərində (+40 dəfə) 7,38 ton (+4,9 dəfə), Macarıstandan 1,09 milyon ABŞ dolları dəyərində (+18 dəfə) 2,75 ton (+46 dəfə), Niderlanddan 1,03 milyon ABŞ dolları dəyərində (+63,4 %) 1,76 ton (+21 %), İsraildən 906,04 min ABŞ dolları dəyərində (+48 %) 3,82 ton (+19 %) məhsul gətirilib.
Qeyd edək ki, ötən il Azərbaycanın xaricdən (23 ölkədən) aldığı 8,342 milyon ABŞ dollarlıq baytarlıq vaksininin 25 %-i Türkiyənin, 14,7 %-i Fransanın, 13,5 %-i İsrailin payına düşüb.