Lüksemburq və Keniya Azərbaycana avokado ixracını kəskin artırıblar
- 29 avqust, 2022
- 09:11
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin I yarısında Azərbaycana xaricdən 446 min ABŞ dolları dəyərində 179,7 ton avokado (təzə və ya qurudulmuş) gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə idxal dəyər ifadəsində 32 %, kəmiyyət olaraq – 53 % çoxdur.
Hesabat dövründə Türkiyədən 116 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 4 dəfə artıb) 77,1 ton (+3,5 dəfə), Cənubi Afrikadan 112 min ABŞ dolları dəyərində (+49 %) 37,6 ton (+52 %), Perudan 69 min ABŞ dolları dəyərində (-46 %) 23,2 ton (-45 %), Lüksemburqdan 43 min ABŞ dolları dəyərində (+54 %) 7,2 ton (+2,3 dəfə), Keniyadan 42 min ABŞ dolları dəyərində (+91 %) 14,1 ton (+2,1 dəfə) məhsul alınıb.
Ötən il Azərbaycanın xaricdən (12 ölkədən) aldığı 239,3 ton avokadonun 40 %-i Türkiyənin, 23 %-i Perunun, 16 %-i Cənubi Afrikanın payına düşüb.