“Lufthansa” pandemiya fonunda daha 10 min işçini ixtisar etməyi planlaşdırır

“Lufthansa” pandemiya fonunda daha 10 min işçini ixtisar etməyi planlaşdırır Bu barədə cümə axşamı “Lufthansa”nın maliyyə direktoru Remko Stinbergen bildirib
Biznes
29 Aprel , 2021 19:39
“Lufthansa” pandemiya fonunda daha 10 min işçini ixtisar etməyi planlaşdırır

“Lufthansa” aviaşirkəti Almaniyada daha 10 min işçi ixtisar etmək və ya personala çəkilən xərcləri müvafiq ölçüdə azaltmaq niyyətindədir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı “Lufthansa”nın maliyyə direktoru Remko Stinbergen bildirib.

DPA-nın yazdığına görə, son 12 ayda “Lufthansa” dünya üzrə təxminən 24 min ştatlı işçisini ixtisar edib, bunun da 8 mini Almaniyanın payına düşüb.

Daha əvvəl Almaniyanın “Lufthansa Group” aviakonserninin koronavirus pandemiyasının səbəb olduğu böhranla əlaqədar xalis itkisinin 2021-ci ilin birinci rübündə təxminən 1,05 milyard avro olduğu və bu göstəricinin ötən ilin analoji dövrü ilə müqayisədə 51% az olduğu bildirilmişdi. Konsernin satışdan əldə etdiyi gəlirlər 2021-ci ilin birinci rübündə ötən ilin analoji göstəricisi (6,4 milyard avro) ilə müqayisədə 60% azalaraq 2,6 milyard avroya düşüb.

2020-ci ildə pandemiyanın təsirləri nəticəsində sərnişin axınının azalması səbəbindən “Lufthansa Group” 6,7 milyard avroluq rekord itki ilə üzləşib, bu da konsernin səhmlərinin ciddi şəkildə dəyər itirməsinə səbəb olub. Şirkətin öz məlumatlarına görə, koronavirus epidemiyasının pik nöqtəsində - dünyada demək olar, bütün sərhədlərin bağlandığı zaman “Lufthansa” saatda təxminən 1 milyon avro itirib.

Son xəbərlər

Orphus sistemi