Lokdauna görə Gürcüstan gündə 5 milyon dollar itirir  

Lokdauna görə Gürcüstan gündə 5 milyon dollar itirir   Koronavirus (COVID-19) pandemiyası səbəbindən tətbiq olunan lokdauna görə Gürcüstan gündə 16 milyon lari (təqribən 5 milyon ABŞ dolları) itirir
Biznes
17 Fevral , 2021 10:43
Lokdauna görə Gürcüstan gündə 5 milyon dollar itirir  

Koronavirus (COVID-19) pandemiyası səbəbindən tətbiq olunan lokdauna görə Gürcüstan gündə 16 milyon lari (təqribən 5 milyon ABŞ dolları) itirir.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə “Galt & Taggart” investisiya bankının hesabatında bildirilib.

Sənədə əsasən, 2020-ci ildə Gürcüstan iqtisadiyyatına dəyən zərərin həcmi 1 milyard lari (təxminən, 304 milyon ABŞ dolları) təşkil edib.

Bankın dəyərləndirmələrinə görə, fevralın 1-dən karantin tədbirlərinin mərhələli şəkildə aradan götürülməsinə baxmyaraq, koronavirus ciddi problem olaraq qalır.

Hesabatda qeyd olunub ki, ötən il iqtisadiyyat 6,1% azalıb və ən böyük ziyan turizm sahəsinə dəyib. Bu sektorun 2021-ci ildə tədricən bərpası nəzərdə tutulub və ilin sonunda ölkənin turizmdən 1,2 milyard dollar gəlir əldə edəcəyi proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi