Latviya Azərbaycanla dəmir yolu daşımaları sahəsində əməkdaşlığı genişləndirmək istəyir

Latviya Azərbaycanla dəmir yolu daşımaları sahəsində əməkdaşlığı genişləndirmək istəyir Bakı. 12 iyun. REPORT.AZ/ “Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) “Latviya Dəmir Yolu” SC-nin prezidenti (İdarə Heyətinin sədri) Edvins Berzinşin başılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Biznes
12 İyun , 2018 12:13
Latviya Azərbaycanla dəmir yolu daşımaları sahəsində əməkdaşlığı genişləndirmək istəyir
0 : 00
0 : 00

Bakı. 12 iyun. REPORT.AZ/ “Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) “Latviya Dəmir Yolu” SC-nin prezidenti (İdarə Heyətinin sədri) Edvins Berzinşin başılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

“Report” bu barədə ADY-yə istinadən xəbər verir.

Məlumata görə, görüşdə ADY-nin sədri Cavid Qurbanov dəmir yolunda həyata keçirilən islahatlar, ölkənin tranzit potensialının artırılmasında mühüm rol oynayan Bakı-Tbilisi-Qars, Şimal-Cənub, Şərq-Qərb, Cənub-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin icra vəziyyəti, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun fəaliyyətinin daha da gücləndirilməsi və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verib.

Sonra ikitərəfli qarşılıqlı əməkdaşlıq əlaqələrinin müzakirəsi aparılıb. 

E.Berzinş ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını bildirib.  

Son xəbərlər

Orphus sistemi