Latviya Azərbaycana antifriz ixracını bərpa edib
- 19 may, 2022
- 05:10
Bu ilin birinci rübündə Azərbaycana xaricdən 1,313 milyon ABŞ dolları dəyərində 926,1 ton antifriz gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 13 % çoxdur, kəmiyyət olaraq – 18,7 % azdır.
Hesabat dövründə Almaniyadan 277,93 min ABŞ dolları dəyərində 105,35 ton, Ukraynadan 233,54 min ABŞ dolları dəyərində 281,73 ton, Belçikadan 226,914 min ABŞ dolları dəyərində 75,7 ton, Rusiyadan 222,18 min ABŞ dolları dəyərində 247,03 ton, Türkiyədən 193,65 min ABŞ dolları dəyərində 124,12 ton məhsul alıb.
Bir il əvvəlki göstəricilərlə müqayisədə Almaniyadan idxal müvafiq olaraq 20 % və 18 % artıb, Ukraynadan – 75,2 % və 24,3 % artıb, Belçikadan – 2,1 dəfə və 36 % artıb, Rusiyadan – 49,7 % və 57,8 % azalıb, Türkiyədən – 69,2 % və 57 % artıb.
İki il 1 aylıq fasilənin ardından Latviyadan tədarük bərpa edilib. Bu ölkədən 5,3 min ABŞ dolları dəyərində 2,73 ton antifriz alınıb.