Bakı. 10 yanvar. REPORT.AZ/ Fevralın 28-də, saat 11:00-da “Kürdəmir Buzxana” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək. “Report” xəbər verir ki, yığıncaq Kürdəmir rayonunun Sorsor kəndindəki ofis binasında baş tutacaq.
Yığıncağın gündəliyinə Cəmiyyətin 2016-cı ili üzrə maliyyə hesabatının təsdiqi, idarəetmə orqanlarına seçkilər və digər təşkilati məsələlər daxildir.
Xatırladaq ki, “Kürdəmir Buzxana” ASC 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 684 414 manatdır.