Külli miqdarda protez dişin ölkəyə qanunsuz keçirilməsinin qarşısı alındı

Külli miqdarda protez dişin ölkəyə qanunsuz keçirilməsinin qarşısı alındı Dövlət Gömrük Komitəsinin Baş Gömrük İdarəsinin Qırmızı Körpü gömrük postunda Gürcüstandan idarə etdiyi Mercedes-Benz 200 markalı nəqliyyat vasitəsi ilə ölkəmizə gələn Azərbaycan vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub.
Biznes
11 Fevral , 2020 11:20
Külli miqdarda protez dişin ölkəyə qanunsuz keçirilməsinin qarşısı alındı

Dövlət Gömrük Komitəsinin Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Mercedes-Benz 200" markalı nəqliyyat vasitəsi ilə ölkəmizə gələn Azərbaycan vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub.

“Report” bu barədə komitəyə istinadən xəbər verir.

Məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Lakin yoxlama zamanı onun idarə etdiyi avtomobilin arxa oturacağının altında gömrük nəzarətindən gizlədilən 3 626 ədəd müxtəlif adda protez diş, 260 ədəd stamotoloji ləvazimat aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi