Külli miqdarda narkotikin gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb
Biznes
- 06 noyabr, 2024
- 06:37
Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları külli miqdarda narkotik vasitənin Azərbaycanın gömrük sərhədindən keçirilməsinin qarşısını alıb.
“Report” Komitəyə istinadən xəbər verir ki, DGK-nın Biləsuvar Gömrük İdarəsinin “Biləsuvar” gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya “kahı” yükü aparan Rusiya vətəndaşının idarə etdiyi yük nəqliyyat vasitəsinə gömrük baxışı həyata keçirilib.
Kinoloji xidmət itinin reaksiyasına əsasən aparılan yoxlama zamanı yükün içərisində aliminium falqalara bükülmüş 10 ədəd bağlamada qablaşdırılmaqla gömrük nəzarətindən gizlədilmiş külli miqdarda - 10 kiloqram 360 qram qurudulmuş marixuana narkotik vasitəsi aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
00:33
Starmer və Tramp Ukraynada uzunmüddətli atəşkəsin vacibliyini qeyd ediblər
Digər ölkələr00:08
ABŞ-də güclü fırtına səbəbindən təxminən 12 min aviareys ləğv edilib
Digər ölkələr23:49
Foto
Salyanda zəncirvari yol qəzasında xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB
Hadisə23:31
"Turan Tovuz" İngiltərə çempionatında çıxış edən futbolçunu transfer edib
Futbol23:28
Türkiyənin MİT rəhbəri HƏMAS üzvləri ilə görüşüb
Region22:51
Minnesotanın qubernatoru Trampı ştatdakı miqrasiya reydlərini dayandırmağa çağırıb
Digər ölkələr22:30
Nyu-Yorkda binada partlayış olub, ölən və yaralılar var
Digər ölkələr22:19
Salyanda avtomobil piyadanı vuraraq öldürüb
Hadisə22:13