Kredit təşkilatları üçün Kiçik Kredit Skorinq Modeli təqdim edilib

Kredit təşkilatları üçün Kiçik Kredit Skorinq Modeli təqdim edilib İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu müvəkkil kredit təşkilatları üçün Kiçik Kredit Skorinq Modelinin (KKSM) təqdimatını keçirib.
Biznes
27 May , 2022 15:55
Kredit təşkilatları üçün Kiçik Kredit Skorinq Modeli təqdim edilib

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu müvəkkil kredit təşkilatları üçün Kiçik Kredit Skorinq Modelinin (KKSM) təqdimatını keçirib.

"Report" xəbər verir ki, tədbirdə modelin üstünlükləri və tətbiqi barədə ətraflı məlumat verilib.

Bildirilib ki, KKSM kredit məbləği 200 min manat və ondan az olan müraciətlər üzrə sahibkarlıq subyektlərinin investisiya layihələrinə dair təqdim edilmiş məlumatların emalını, nəticələrinin təhlilini və rəy verilməsini təmin edən avtomatlaşdırılmış modeldir.

Skorinq modelinin tətbiqi nəticəsində proqnoz maliyyə planlarını Fond formalaşdıraraq qiymətləndirəcək və bununla da, kredit təşkilatları həmin hesabatların hazırlanmasına sərf olunan vaxta qənaət edəcək. Bundan əlavə, KKSM investisiya layihələrinin ekspertizası prosesinin sadələşdirilməsi, müraciətlərə baxılma zamanı şəffaflığın və operativliyin təmin edilməsi, kredit müraciətləri üzrə aparılan ekspertizanın keyfiyyətinin və səmərəliliyinin artırılması, investisiya layihələrinin təhlilində vahid yanaşmanın tətbiqinə imkan verəcək.

Gələcəkdə 200 min manatdan yuxarı kreditlər üzrə də skorinq modelinin tətbiqi nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi