Koreya Respublikası Azərbaycana avtobus ixracını bərpa edib
- 14 may, 2022
- 08:51
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-mart aylarında Azərbaycana xaricdən 10,478 milyon ABŞ dolları dəyərində 90 ədəd avtobus gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə idxal dəyər ifadəsində 2,4 dəfə, kəmiyyət olaraq – 2,3 dəfə artıb.
Hesabat dövründə Türkiyədən 8,493 milyon ABŞ dolları dəyərində 43 ədəd, Koreya Respublikasından 1,563 milyon ABŞ dolları dəyərində 34 ədəd, Almaniyadan 420,81 min ABŞ dolları dəyərində 13 ədəd nəqliyyat vasitəsi idxal olunub.
Bir il əvvəlki göstəricilərlə müqayisədə Türkiyədən tədarük müvafiq olaraq 2,3 dəfə və 95,5 % artıb, Almaniyadan – 32,2 % və 18,7 % azalıb. Birillik fasilənin ardından Koreya Respublikasından tədarük bərpa edilib.