“Könüllü gömrükçü” dəstəsinin üzvlərinə sertifikatlar təqdim olunub

“Könüllü gömrükçü” dəstəsinin üzvlərinə sertifikatlar təqdim olunub Dövlət Gömrük Komitəsində (DGK) fəaliyyət göstərən ilk “Könüllü gömrükçü” dəstəsinin üzvlərinə sertifikatların təqdim olunması mərasimi keçirilib.
Biznes
24 Oktyabr , 2019 18:53
“Könüllü gömrükçü” dəstəsinin üzvlərinə sertifikatlar təqdim olunub

Dövlət Gömrük Komitəsində (DGK) fəaliyyət göstərən ilk “Könüllü gömrükçü” dəstəsinin üzvlərinə sertifikatların təqdim olunması mərasimi keçirilib. 

"Report" bu barədə Komitəyə istinadən xəbər verir. 

Məlumata görə, nərasimdə DGK sədrinin I müavini İsmayıl Hüseynov, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN Xidmət") sədr müavini Ceyhun Salmanov iştirak ediblər.

İ.Hüseynov çıxış edərək ölkəmizdə Prezident İlham Əliyevin həyata keçirdiyi gənclər siyasətindən, bu sahəyə göstərilən dövlət qayğısından və könüllü hərəkatının formalaşmasından danışıb. Gənclərin hərtərəfli inkişafı, bilik və bacarıqlarının artırılmasında könüllü hərəkatının böyük önəm daşıdığını, onun formalaşmasında Birinci vitse-prezident Mehriban Əliyevanın rolunu xüsusi vurğulayan İ.Hüseynov qeyd edib ki, məhz onun təşəbbüsü ilə həyata keçirilən sosial-humanitar layihələr, beynəlxalq tədbirlər minlərlə gəncimizə potensiallarını reallaşdırmaq, öz imkanlarını göstərə bilmək üçün şərait yaradıb.

Komitəndə ilk “Könüllü gömrükçü” dəstəsinin bu ilin iyun ayında formalaşdırıldığını bildirən sədr müavininin sözlərinə görə, məqsəd gömrük sahəsində gənclərin potensialından daha səmərəli istifadə etmək, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, ölkədə könüllü hərəkatının inkişafını dəstəkləməkdir.

C.Salmanov isə DGK ilə “ASAN xidmət” arasında səmərəli əlaqələrdən danışıb, könüllü hərəkatına gömrük orqanlarının qoşulmasının və könüllü gömrükçülər ordusunun yaradılmasının sevindirici hal olduğunu bildirib. O vurğulayıb ki, könüllü hərəkatı çərçivəsində minlərlə gənc bilik və bacarıqlarını artırmaq imkanı əldə edib və işlə təmin olunub. Çıxışının sonunda C.Salmanov ilk “Könüllü gömrükçü” dəstəsinin üzvlərinin fəaliyyətini yüksək qiymətləndirib və onlara gələcək işlərində uğurlar arzulayıb.

DGK-nın Sosial İnnovasiyalar və Analitik Təhlil İdarəsinin rəisi, “Könüllü gömrükçü” dəstəsinin rəhbəri Vüqar Əliyev öz çıxışında qeyd edib ki, könüllü şəkildə dövlətə, ictimai maraqlara təmənnasız xidmət göstərmək saf niyyətdən doğan çox nəcib bir əməldir və hər cür alqışa layiqdir. Eyni zamanda könüllü fəaliyyət gənclərə öz potensialını üzə çıxarmağa, ölkədə və xaricdəki həmyaşıdları ilə qarşılıqlı əlaqələr qurmağa imkan yaradır.

İdarə rəisi, ümumilikdə, gömrük orqanlarında ilk dəfə olaraq 131 nəfər könüllü gömrükçünün fəaliyyətə başladığını, 4 ay müddətində DGK-nın müxtəlif strukturlarında müvəffəqiyyətlə könüllü fəaliyyət göstərdiklərini bildirib.

Sonra tədbirdə “Könüllü gömrükçü” dəstəsinin fəaliyyətinə dair hazırlanmış videoçarx nümayiş etdirilib.

Tədbirin sonunda “Könüllü gömrükçü” dəstəsinin üzvlərinə sertifikatlar təqdim olunub.

Son xəbərlər

Orphus sistemi