Bu gün
Komitədən “Report”a verilən məlumata görə, görüşdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı
"Könüllü gömrükçü"lər qarşısında çıxış edən S. Mehdiyev Prezident
Komitə sədri diqqətə çatdırıb ki, gömrük sistemində könüllülük hərəkatının yaradılması gənclərin potensialından daha da səmərəli istifadə etməyə, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına, onlara peşə vərdişlərinin aşılanması və təcrübi biliklərinin artırılmasına, innovativ potensiallarının üzə çıxarılaraq dəstəklənməsinə şərait yaradacaq.
Dövlətin gənclər siyasətinin əsasının ümummilli lider
S. Mehdiyev ölkədə son illərdə keçirilən mötəbər tədbirlərdə könüllülərin fəal iştirakının daim yüksək qiymətləndirildiyini qeyd edib, gömrük sistemində də könüllülük hərəkatının özünü doğruldacağına, mühüm nailiyyətlərə imza atacağına əminliyini ifadə edib.
Daha sonra gömrük sistemində Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar, bu islahatların mahiyyəti, hədəf və uğurlu nəticələri barədə qısa məlumat verən Komitə sədri, "Könüllü gömrükçü" dəstəsinin də gömrük işinin səmərəli şəkildə təşkilinə mühüm töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
Könüllülər adından çıxış edən Bakı Dövlət Universitetinin 4-cü kurs tələbəsi Şəhri Qasımzadə ölkədə könüllülük institutunun sürətlə inişaf etdiyini, bunun gənclər üçün yaradılan önəmli fürsət olduğunu və göstərilən etimadı doğrultmaq istiqamətində səylə çalışacaqlarını bildirib.
Sonda yeni yaradılan "Könüllü gömrükçü" dəstəsinin üzvləri ilə xatirə şəkli çəkdirilib, Komitə sədri onlara tövsiyələrini verərək uğurlar arzulayıb.