KOBİA: "Zərgərlik məhsulları bazarının bir hissəsi qeyri-leqaldır"

KOBİA: "Zərgərlik məhsulları bazarının bir hissəsi qeyri-leqaldır" Azərbaycanda zərgərlik məhsulları bazarının bir hissəsi qeyri-leqal fəaliyyət göstərir.
Biznes
28 Sentyabr , 2023 13:32
KOBİA: Zərgərlik məhsulları bazarının bir hissəsi qeyri-leqaldır

Azərbaycanda zərgərlik məhsulları bazarının bir hissəsi qeyri-leqal fəaliyyət göstərir.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədrinin I müavini Natiq Həsənov Bakıda "Azad rəqabət mühitinin formalaşdırılmasında və istehlakçı hüquqlarının müdafiəsinin təmin edilməsində Heydər Əliyevin rolu" mövzusunda keçirilən tədbirdə bildirib.

"Bu sahədə istehlakçı hüquqlarının kifayət qədər pozulduğunu müşahidə edirik. Hesab edirik ki, zərgərlik məhsullarının əyarlanması dövlət qeydiyyatı ilə olmalıdır. Bazarda müəyyən tənzimləyici alətlərin tələblərinin tam yerinə yetirilməməsi ilə əlaqədar təkmilləşdirilmə işlərinin aparılmasına zəruri sayırıq", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi