“Kölgə iqtisadiyyatı”na qarşı mübarizə, o cümlədən qeyri-rəsmi məşğulluğun aradan qaldırılması və sahibkarlıq fəaliyyətinin rəsmiləşdirilməsi davamlı və dayanıqlı iqtisadi inkişafın mühüm amilləri sırasındadır.
"Report" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, Agentlik şəffaflıq prinsipinə əsaslanan və leqal sahibkarlıq fəaliyyətini təşviq edən layihə və təşəbbüsləri daim dəstəkləyir.
"Bu yaxınlarda fəaliyyətə başlamış “Çak çuk” startap layihəsi belə təşəbbüslərdən olmaqla, qeyri-rəsmi məşğulluğun aradan qaldırılmasını və düzgün uçotun aparılmasını təşviq edir. Ev təmizliyi, usta, bərbərxana və s. kimi 9 kateqoriya üzrə 180-ə yaxın xidmətin təqdim olunduğu “Çak çuk” (
Startap layihəsinin vətəndaşlar üçün faydası ev xidmətlərinin bir platformada təqdim olunması, xidmət vaxtını və icraçını seçmək, sifariş prosesini izləmək və nəticəni qiymətləndirmək imkanı, görülən işə zəmanət verilməsidir. Ev xidmətləri göstərən iş axtaranlar üçün isə onlayn platforma davamlı olaraq iş imkanları təklif edir", - deyə qurum bəyan edib.