KOBİA yanında İctimai Şuranın növbəti iclası keçirilib

KOBİA yanında İctimai Şuranın növbəti iclası keçirilib Bu gün İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın növbəti iclası keçirilib.
Biznes
29 İyun , 2021 16:48
KOBİA yanında İctimai Şuranın növbəti iclası keçirilib

Bu gün İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın növbəti iclası keçirilib.

“Report” bu barədə Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, İctimai Şuraya üzv olan qeyri-hökumət təşkilatlarının və biznes assosiasiyaların rəhbərlərinin, eləcə də KOBİA-nın nümayəndələrinin iştirakı ilə keçirilmiş iclasda Şuranın fəaliyyəti və növbəti müddətdə görəcəyi tədbirlər müzakirə edilib.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin qurumun fəaliyyətində ictimai iştirakçılığın təmin edilməsində maraqlı olduğunu, bu sahədə İctimai Şura ilə sıx əməkdaşlıq edildiyini vurğulayıb. Onun sözlərinə görə, Şuranın müxtəlif mövzularda təşkil etdiyi ictimai müzakirələr dövlət-biznes dialoquna töhfə verməklə, bu sahədə əhəmiyyətli platformadır.

İctimai Şuranın sədri, Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov ötən müddət ərzində şura tərəfindən görülmüş işlər və qarşıdakı dövr üçün planlaşdırılan tədbirlər barədə məlumat verib.

İclasda gündəlikdə olan məsələlərə, eləcə də Agentliyin fəaliyyətinə və KOB-lara göstərilən dəstək mexanizmlərinə dair müzakirələr aparılıb, ayrı-ayrı sektorları təmsil edən şura üzvlərinin müvafiq sahələrə dair fikir və təklifləri dinlənilib, sualları cavablandırılıb. KOBİA yanında İctimai Şuranın üzvü, Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının sədri Emin Dostiyari şuranın katibi seçilib.

2018-ci ildən etibarən fəaliyyət göstərən İctimai Şura qurumda ictimai iştirakçılığı təmin etməklə, kiçik və orta biznesin inkişafı ilə bağlı görülən tədbirlər və KOBİA-nın fəaliyyətinə ictimai nəzarəti həyata keçirir. İctimai Şurada 15 qeyri-hökumət təşkilatı və sıralarında yüzlərlə sahibkarı birləşdirən biznes assosiasiyalar təmsil olunur.

Son xəbərlər

Orphus sistemi