KOBİA və UAFA regionlarda qadın sahibkarlığın inkişafını dəstəkləyəcək

KOBİA və UAFA regionlarda qadın sahibkarlığın inkişafını dəstəkləyəcək Bu gün İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Azərbaycana Birgə Yardım Təşkilatı (United Aid for Azerbaijan – UAFA) arasında qadın sahibkarlığının inkişafına dəstək istiqamətində əməkdaşlığa dair Niyyət Protok
Biznes
21 Dekabr , 2020 18:02
KOBİA və UAFA regionlarda qadın sahibkarlığın inkişafını dəstəkləyəcək

Bu gün İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Azərbaycana Birgə Yardım Təşkilatı (United Aid for Azerbaijan – UAFA) arasında qadın sahibkarlığının inkişafına dəstək istiqamətində əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb.

Bu barədə “Report”a İqtisadiyyat Nazirliyindən bildirilib.

Məlumata görə, sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və UAFA-nın rəhbəri xanım Qven Börçell imzalayıblar.

Niyyət Protokoluna uyğun olaraq, regionlarda qadın sahibkarlığın inkişafı və məşğulluğunun genişləndirilməsinə, onların biznes bacarıqlarının gücləndirilməsi və maarifləndirilməsinə, özəl sektorda inklüziv və keyfiyyətli məktəbəqədər tədris proqramlarının təşkil edilməsinə, eləcə də UAFA-nın “Məktəbim” Proqramına dəstək göstərilməsi, dövlət və özəl sektor arasında praktiki əlaqələrin genişləndirilməsi və bu sahədə innovativ təşəbbüslərin dəstəklənməsi istiqamətlərində birgə tədbir və layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

İmzalanma çərçivəsində keçirilmiş görüşdə KOBİA-nın sosial sahibkarlıq sahəsində həyata keçirdiyi tədbirlər və layihələr barədə məlumat verilib, birgə əməkdaşlıq istiqamətləri barədə müzakirələr aparılıb. Agentliyə məxsus BİRGƏ MMC-nin dəstəyilə “Qobu park 3” yaşayış kompleksində reallaşdırılmış sosial və biznesyönümlü müəssisələrin, “Bakı Abadlıq Xidməti” MMC ilə birgə həyata keçirilən “Çiçəklənən Abşeron” layihəsinin əhəmiyyəti vurğulanıb, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin biznes potensialı diqqətə çatdırılıb, KOBİA-nın bu ərazilərdə sosial biznes təşəbbüslərinin dəstəklənməsində maraqlı olduğu bildirilib.

Son xəbərlər

Orphus sistemi