KOBİA və İslam Biznesi Beynəlxalq Assosiasiyası arasında əməkdaşlıq müzakirə edilib
- 15 iyul, 2023
- 14:45
Yeniliklərdən dərhal xəbərdar olun!
İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və İslam Biznesi Beynəlxalq Assosiasiyası arasında əməkdaşlıq imkanları müzakirə edilib.
"Report" xəbər verir ki, bu barədə KOBİA sədri Orxan Məmmədov tvitterdə yazıb.
"İslam Biznesi Beynəlxalq Assosiasiyasının prezidenti Marat Kabayevlə Bakıya səfəri çərçivəsində görüşdük. Görüşümüzdə biznes dairələri arasında əlaqələrin genişləndirilməsi üçün birgə tədbirləri və əməkdaşlıq imkanlarını müzakirə etdik. M.Kabayev “Bakı KOB evi” ilə də tanış olub", - o qeyd edib.
İslam Biznesi Beynəlxalq Assosiasiyasının prezidenti Marat Kabayevlə Bakıya səfəri çərçivəsində görüşdük. Görüşümüzdə #biznes dairələri arasında əlaqələrin genişləndirilməsi üçün birgə tədbirləri və #əməkdaşlıq imkanlarını müzakirə etdik. M.Kabayev @BakiKOBevi ilə də tanış oldu. pic.twitter.com/JHLdNRyPnK
— Orkhan Mammadov (@MammadovOrkh) July 15, 2023