KOBİA və ICYF arasında memorandum imzalanıb

KOBİA və ICYF arasında memorandum imzalanıb Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun (ICYF) prezidenti Taha Ayhan ilə görüşüb
Biznes
25 May , 2021 21:45
KOBİA və ICYF arasında memorandum imzalanıb

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun (ICYF) prezidenti Taha Ayhan ilə görüşüb.

"Report" xəbər verir ki, bu barədə KOBİA məlumat yayıb.

Bildirilir ki, görüşdə KOBİA və təşkilat arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə edilib və əlaqələrin genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb.

Görüş çərçivəsində həmçinin, bu il Bakıda “Young Business Hub Azerbaijan İnvesment” sammitinin keçirilməsinə dair Agentlik və təşkilat arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Son xəbərlər

Orphus sistemi