KOBİA Səudiyyə Ərəbistanı ilə investisiya qoyuluşu imkanlarını müzakirə edib

KOBİA Səudiyyə Ərəbistanı ilə investisiya qoyuluşu imkanlarını müzakirə edib İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Səudiyyə Ərəbistanı Krallığının Milli Şirkətlərin Təşviqi Proqramının (NCPP) baş direktoru Badr Al Badrinin rəhbərlik etdiyi nümayəndə
Biznes
9 Dekabr , 2021 11:13
KOBİA Səudiyyə Ərəbistanı ilə investisiya qoyuluşu imkanlarını müzakirə edib

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Səudiyyə Ərəbistanı Krallığının Milli Şirkətlərin Təşviqi Proqramının (NCPP) baş direktoru Badr Al Badrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

“Report”un KOBİA-ya istinadən verdiyi məlumata görə, Səudiyyə Ərəbistanın İnvestisiya Nazirliyinin (MISA), İnvestisiya İdarəsinin və NCPP-nin nümayəndələrinin iştirak etdiyi görüşdə KOB sahəsində əməkdaşlıq və investisiya qoyuluşu imkanlarına dair fikir mübadiləsi aparılıb.

Görüşdə həmçinin, Agentliyin fəaliyyəti, KOB-lara, eləcə də ölkəmizə investisiya qoyuluşunda maraqlı olan xarici iş adamlarına KOBİA tərəfindən göstərilən dəstək barədə məlumat verilib.

Son xəbərlər

Orphus sistemi