KOBİA rəsmisi: “Neft gəlirlərinin böyük hissəsi qeyri-neft sektorunun inkişafı üçün istifadə edilir”

KOBİA rəsmisi: “Neft gəlirlərinin böyük hissəsi qeyri-neft sektorunun inkişafı üçün istifadə edilir” Azərbaycan neft gəlirlərinin böyük hissəsini qeyri-neft sektorunun inkişafı, neftdənkənar ixracın genişləndirilməsi üçün istifadə edir.
Biznes
30 Noyabr , 2022 11:17
KOBİA rəsmisi: “Neft gəlirlərinin böyük hissəsi qeyri-neft sektorunun inkişafı üçün istifadə edilir”
Samir Hümbətov

Azərbaycan neft gəlirlərinin böyük hissəsini qeyri-neft sektorunun inkişafı, neftdənkənar ixracın genişləndirilməsi üçün istifadə edir.

“Report” xəbər verir ki, bunu Bakıda keçirilən "Ticarət və İxracat Forumu"nda (TEF-2022) İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin (KOBİA) sədr müavini Samir Hümbətov bildirib.

“Dövlətin qarşısında duran əsas məsələlərdən biri ixrac məhsulları üzrə ixtisaslaşmanı təmin etmək, ixrac imkanlarını artırmaq üçün konkret əməli tədbirlərin görülməsidir. Beynəlxalq ticarətin artırılması hər zaman aktuallığını qoruyub. Azərbaycan neft ölkəsidir, əsas ixrac məhsullarımız neft və neft məhsulları olsa da, qeyri-neft sektorunun inkişafı, ixracın genişləndirilməsi üçün KOBİA daima sahibkarlara dəstək göstərməyə hazırdır”, - deyə o, qeyd edib.

Son xəbərlər

Orphus sistemi