KOBİA: “Regional İnnovativ Turizm Məhsulu” layihəsinə dəstək olmağa hazırıq

KOBİA: “Regional İnnovativ Turizm Məhsulu” layihəsinə dəstək olmağa hazırıq İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) “Regional İnnovativ Turizm Məhsulu” (RİTM) layihəsinə hərtərəfli dəstək olmağa hazırdır.
Biznes
1 İyul , 2021 11:27
KOBİA: “Regional İnnovativ Turizm Məhsulu” layihəsinə dəstək olmağa hazırıq
Orxan Məmmədov

İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) “Regional İnnovativ Turizm Məhsulu” (RİTM) layihəsinə hərtərəfli dəstək olmağa hazırdır.

“Report” xəbər verir ki, bunu adıçəkilən proqramın təqdimatında çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, RİTM proqramı çərçivəsində seçilmiş startaplara 3 il müddətində innovasoya fəaliyyətindən əldə edilmiş gəlirlərdən vergi imtiyazı veriləcək: "KOBİA olaraq məqsədimiz turizm sektorunda startapları təşviq etmək, KOB subyektləri vasitəsi ilə məşğulluğu təmin etməkdir. Turizm sahəsində sahibkarlığı təşviq etmək Agentliyin gündəmindədir".

Son xəbərlər

Orphus sistemi