Azərbaycanda kiçik və orta biznes (KOB) sahəsində vahid dövlət siyasətinin formalaşdırılması və tənzimlənməsi çərçivəsində ötən il İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü ilə 7 normativ sənəd hazırlanıb.
“Report” xəbər verir ki, bunu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov rəhbərlik etdiyi qurumun 2020-ci ildəki fəaliyyətinin yekunlarına həsr olunmuş brifinqdə bildirib.
Onun sözlərinə görə, həmin sənədlərdən 2-si təsdiq edilib.
Bundan başqa, O.Məmmədov bildirib ki, ötən il ölkədə 4 "KOB dostu" fəaliyyətə başlayıb və onların sayı 25-ə çatdırılıb: "Bu şəbəkənin genişləndirilməsi ilə bağlı işlər davam etdiriləcək. Agentlik həmçinin KOB evləri yaradır. Ötən ilin fevral ayında Xaçmaz KOB Evi fəaliyyətə başlayıb. Yaxın günlərdə Yevlaxda KOB evinin yaradılması nəzərdə tutulur. Həmçinin Bakıda KOB Evininyaradılması üzərində işlər davam etdirilir”.