KOBİA-nın şirkətinin nizamnamə kapitalı 45% azaldılıb

KOBİA-nın şirkətinin nizamnamə kapitalı 45% azaldılıb İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) məxsus "Birgə İnvest" MMC-nin nizamnamə kapitalı 2 milyon manat və yaxud 44,45% azaldılıb.
Biznes
18 İyun , 2021 10:01
KOBİA-nın şirkətinin nizamnamə kapitalı 45% azaldılıb

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) məxsus "Birgə İnvest" MMC-nin nizamnamə kapitalı 2 milyon manat və yaxud 44,45% azaldılıb.

“Report” xəbər verir ki, şirkətin kapitalı 4,5 milyon manatdan 2,5 milyon manata endirilib.

Xatırladaq ki, "Birgə İnvest" 2019-cu ilin noyabr ayında "Biznesin İnkişafında Rahat Güvənli Əməkdaşlıq" adı ilə yaradılıb, bu ilin aprel ayında rebrendinq edib. Kommersiya qurumu KOBİA-nın dəstəyi ilə reallaşdırılan “Çiçəklənən Abşeron” layihəsinin koordinatorlarından biridir.

Son xəbərlər

Orphus sistemi