KOBİA: kobmarket.az istifadəçilərinin sayı artır

KOBİA: kobmarket.az istifadəçilərinin sayı artır Bir ayda www.kobmarket.az portalında 55 sahibkarlıq subyekti qeydiyyatdan keçərək onlayn mağazasını yaradıb. Sahibkarlar portala 700 adda məhsul yerləşdirib.
Biznes
17 İyul , 2021 17:30
KOBİA: kobmarket.az istifadəçilərinin sayı artır

Bir ayda www.kobmarket.az portalında 55 sahibkarlıq subyekti qeydiyyatdan keçərək onlayn mağazasını yaradıb. Sahibkarlar portala 700 adda məhsul yerləşdirib.

"Report" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) açıqlamasında bildirilir.

Xatırladaq ki, portal sahibkarların, xüsusilə də mikro və kiçik biznes subyektlərinin onlayn satış imkanlarının genişləndirilməsi, məhsullarını geniş alıcı auditoriyasına tanıtması məqsədilə yaradılıb. Buradaistifadəçilər üçün vahid ödəniş sistemi və çatdırılma xidmətlərindən istifadə imkanı mövcuddur. Qeydiyyat prosesi sadədir, sahibkar satışa dair zəruri məlumatları hesabat şəklində portaldan əldə edə bilir.

Sahibkarlar portalda qeydiyyatdan keçməklə qısa müddətdə onlayn mağazasını aça və məhsullarını burada yerləşdirməklə satış imkanlarını genişləndirə bilərlər.

Son xəbərlər

Orphus sistemi