KOBİA: “KOB-lar elektrik enerji və qaz istehlakına qənaət edirlər”

KOBİA: “KOB-lar elektrik enerji və qaz istehlakına qənaət edirlər” ​​​​​​​Kiçik və orta biznes subyektləri (KOB) elektrik enerjisindən 170 milyon manat, qaz istehlakından 360 milyon manata yaxın qənaət ediblər
Biznes
17 May , 2024 15:44
KOBİA: “KOB-lar elektrik enerji və qaz istehlakına qənaət edirlər”

Kiçik və orta biznes subyektləri (KOB) elektrik enerjisindən 170 milyon manat, qaz istehlakından 360 milyon manata yaxın qənaət ediblər.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesim İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədrinin müavini Rüfət Atakişiyev "Ambisiyaların artılması və fəaliyyətə təkan: COP29 Dayanıqlı Biznes Forumu"nda deyib.

Onun sözlərinə görə, bu, KOB-lar üçün sabitlik və artım baxımından gözəl göstəricilərdir: "Hazırda KOB-lar yeni bazar imkanlarını nəzərə alır, öz brendlərini, nüfuzlarını nəzərə alaraq daha güclü dayanıqlılıq və risklərin azaldılmasına üstünlük verirlər. KOB-ların enerji, su, həm də qaz istehlakı sahəsində böyük irəliləyiş olub. KOB-lar daha çox ətraf mühitə ziyan vermədən işləyən təcrübələrdən istifadə ediblər."

O qeyd edib ki, Azərbaycan həmişə çox yaxşı iqlim siyasəti həyata keçirib.

Son xəbərlər

Orphus sistemi