İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yerli layihələrə investisiyaların cəlb olunması məqsədilə KOB subyektlərindən layihələr qəbul etməyə başlayıb.
“Report”un KOBİA-ya istinadən verdiyi məlumata görə, investisiya layihələri ixracyönümlü və idxalı əvəz edən, yüksək keyfiyyətli, rəqabətqabiliyyətli məhsulların istehsalını nəzərdə tutmaqla, qeyri-neft sektorunun prioritet istiqamətlərini əhatə etməli, yeni müəssisələrin yaradılmasını və ya innovativ alətlərin tətbiqi ilə mövcud müəssisələrin və bizneslərin yenidən qurulmasını təmin etməlidir.
KOB subyektlərindən daxil olan layihələri ekspertlər qiymətləndirəcək, prioritet istiqamətlərə uyğun olan layihələrin maliyyə göstəriciləri qısa və uzunmüddətli dövrlər üçün təhlil edilərək həmin layihələr üzrə maliyyə modelləri qurmaqla yeni formada işləyib hazırlayacaqlar.
Yekun investisiya layihələrini KOBİA maraqlı investorlara təqdim edəcək. KOB subyektlər müraciət formasını (