KOBİA erməni hərbi təxribatından ziyan çəkmiş sahibkarlara müraciət etdi

KOBİA erməni hərbi təxribatından ziyan çəkmiş sahibkarlara müraciət etdi Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı hərbi təxribatı nəticəsində mülki əhaliyə, infrastruktur obyektlərinə, dövlət əmlakına və sahibkarlıq subyektlərinə ciddi ziyan dəyib.
Biznes
5 Oktyabr , 2020 17:37
KOBİA erməni hərbi təxribatından ziyan çəkmiş sahibkarlara müraciət etdi

Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı hərbi təxribatı nəticəsində mülki əhaliyə, infrastruktur obyektlərinə, dövlət əmlakına və sahibkarlıq subyektlərinə ciddi ziyan dəyib.

"Report" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) açıqlamasında bildirilir. 

Məlumatda həmçinin deyilir ki, sahibkarlıq subyektlərinə dəymiş ziyanın müəyyən olunması istiqamətində tədbirlər görülür və müvafiq məlumatlar toplanır. İş adamlarından dəymiş ziyan barədə KOBİA-ya məlumat vermələri xahiş olunur.

Əlaqə telefonu: (012) 404 04 01 (daxili 187), (055) 200 02 96 (Rauf Tağıyev), e-mail: [email protected].

Son xəbərlər

Orphus sistemi