KOBİA elan etdiyi müsabiqəyə dair vebinar keçirəcək

KOBİA elan etdiyi müsabiqəyə dair vebinar keçirəcək Bu barədə “Report”a KOBİA-dan məlumat verilib
Biznes
15 Fevral , 2021 17:17
KOBİA elan etdiyi müsabiqəyə dair vebinar keçirəcək

Fevralın 17-si saat 11:00-da İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş müsabiqəyə dair məlumatlandırıcı vebinar keçiriləcək.

Bu barədə “Report”a KOBİA-dan məlumat verilib.

Məlumata görə, tədbirin təşkilində məqsəd fevralın 17-də start veriləcək müsabiqənin şərtləri, lazım olan sənədlər, layihənin qiymətləndirilməsi prosesi, dəstək məbləği barədə KOB subyektlərini məlumatlandırmaq, onları maraqlandıran sualları cavablandırmaqdır.

KOB subyektləri aşağıda qeyd olunan linkə daxil olmaqla vebinarda iştirak edə bilərlər:

https://us02web.zoom.us/j/81428696454?pwd=WWh0K2RDeFBwbDkvZlBvUjVZY3U0QT09

İD: 814 2869 6454

KOD: 288753

Xatırladaq ki, Azərbaycanda mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi prosesinə start verilir. Bu məqsədlə fevralın 17-dən etibarən KOBİA tərəfindən elan edilmiş müsabiqəyə sənədlərin qəbuluna başlanılır. Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli qərarına uyğun olaraq müsabiqədə mikro, kiçik və orta sahibkarlıq subyektinə aid olan hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. Müsabiqə çərçivəsində hər bir şəxs yalnız 1 layihə təqdim edə bilər. Layihələrin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır. Hər bir layihə üzrə maliyyələşdirmə məbləği maksimum 20 min manatdır. Müsbiqədə iştirak etmək istəyən KOB subyektləri müvafiq ərizə formasını və lazım olan digər sənədləri 17 mart 2021-ci il tarixinə qədər Agentliyə elektron formada və ya birbaşa təqdim edə bilərlər (ətraflı məlumat üçün - https://bit.ly/36WhTcq). Müsabiqənin nəticələri barədə məlumat 19 aprel 2021-ci il tarixindən sonra KOBİA-nın rəsmi internet səhifəsində (www.smb.gov.az) yerləşdiriləcək.

Son xəbərlər

Orphus sistemi