KOBİA-dan özünüməşğulluq proqramına cəlb edilənlər üçün dəstək

KOBİA-dan özünüməşğulluq proqramına cəlb edilənlər üçün dəstək KOBİA-dan özünüməşğulluq proqramına cəlb edilənlər üçün dəstək
Biznes
1714
16 Sentyabr , 2020 17:35
KOBİA-dan özünüməşğulluq proqramına cəlb edilənlər üçün dəstək

İqtisadiyyat Nazirliyinin yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlıq çərçivəsində özünüməşğulluq proqramına cəlb olunmuş vətəndaşlara biznes planların hazırlanmasında dəstək göstərir. 

“Report” xəbər verir ki, bu barədə KOBİA-nın açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, avqust-sentyabr ayları ərzində Agentliyin Xaçmaz KOB İnkişaf Mərkəzinin mütəxəssisləri və Quba-Xaçmaz iqtisadi rayonu üzrə KOB dostları tərəfindən Xaçmaz, Quba və Qusar rayonlarından olan 70-dən çox vətəndaşa biznes planların hazırlanması üçün məsləhət xidməti göstərilib.

Yaxın günlərdə Siyəzən və Şabran rayonlarından olan vətəndaşlara özünüməşğulluq proqramı çərçivəsində biznes planların hazırlanmasında dəstək göstəriləcək.

Nazirlər Kabinetinin 25 iyul 2020-ci il tarixli qərarına əsasən Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında işsiz və işaxtaran kimi qeydiyyata alınmış və özünüməşğulluq proqramına cəlb edilmiş şəxslər koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar 2020-ci ildə təlimlərə cəlb edilmədən natura şəklində material, avadanlıq və digər əmlakla təmin olunacaq. Həmin şəxslərə material, avadanlıq və digər əmlak tərtib etdikləri biznes planlar əsasında veriləcək.

Orphus sistemi