KOBİA daha iki sahibkara “Startap” şəhadətnaməsi verib

KOBİA daha iki sahibkara “Startap” şəhadətnaməsi verib İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 2 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib. Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 27-yə çatıb.
Biznes
16 Dekabr , 2021 17:47
KOBİA daha iki sahibkara “Startap” şəhadətnaməsi verib

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 2 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib. Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 27-yə çatıb.

Bu barədə "Report" KOBİA-ya istinadən xəbər verir.

“Startap” şəhadətnaməsi "Safavy" MMC-nin onlayn özünü inkişaf və təhsil platforması (www.safavy.org) və "Fogito" MMC-nin biznesin idarəedilməsi üzrə onlayn platforması (www.fogito.com) üçün təqdim edilib.

“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.

Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi

Son xəbərlər

Orphus sistemi