KOBİA beynəlxalq moda sərgisində iştirak edəcək
Biznes
- 07 yanvar, 2022
- 07:11
Fevralın 9-11-də Türkiyənin İstanbul şəhərində “İstanbul Fashion Connection” sərgisi keçiriləcək.
“Report” xəbər verir ki, sərgidə Azərbaycan da iştirak edəcək.
Ölkəmizi İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) təmsil edəcək. Artıq bununla bağlı hazırlıq işlərinə başlanılıb.
Xatırladaq ki, KOBİA ölkə prezidentinin 28 dekabr 2017-ci il tarixli fərmanı ilə yaradılıb, dövlət başçısının 26 iyun 2018-ci il tarixli fərmanı ilə Agentliyin nizamnaməsi və strukturu təsdiq edilib.
Qurum kiçik və orta biznesin inkişafını dəstəkləyən, KOB subyektlərinə bir sıra xidmətlər göstərən, dövlət orqanlarının bu sahədə xidmətlərinin əlaqələndirilməsini və tənzimlənməsini həyata keçirən publik hüquqi şəxsdir.
Son xəbərlər
11:21
Xaçmazda yeni dayanacaq pavilyonları quraşdırılır
İnfrastruktur11:18
Rusiya Ukraynada neft emalı zavodunu və nəqliyyat-logistika mərkəzini vurub
Region11:18
Azərbaycan "Böyük Dəbilqə" turnirində 14 cüdoçu ilə təmsil olunacaq
Fərdi11:16
"Baktelecom"un "Rabitəbank"dakı payı "Aztelekom"a ötürülüb
Maliyyə11:15
Tokayev deputat mandatı qazanan rəsmiləri vəzifələrindən uzaqlaşdırıb
Region11:00
SOCAR ötən il maliyyə dayanıqlılığını gücləndirib
Energetika10:58
Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq edib
Hadisə10:49
Sentyabrdan bir neçə dərslik yenilənmiş məzmunda tədris olunacaq
Elm və təhsil10:44