KOBİA Almaniyada ixtisasartırma kursu keçmək istəyən sahibkarlara müraciət edib

KOBİA Almaniyada ixtisasartırma kursu keçmək istəyən sahibkarlara müraciət edib İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) ilə birlikdə “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” ç
Biznes
30 Mart , 2023 13:40
KOBİA Almaniyada ixtisasartırma kursu keçmək istəyən sahibkarlara müraciət edib

İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) ilə birlikdə “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində 2023-2024-cü illər üçün müsabiqə elan edir.

Bu barədə “Report” KOBİA-ya istinadən xəbər verir.

Məlumata görə, proqram Azərbaycan İqtisadiyyat Nazirliyi ilə Almaniyanın Federal İqtisadiyyat və Ətraf Mühitin Mühafizəsi Nazirliyi arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq KOBİA və GİZ tərəfindən birgə həyata keçirilir.

Təlim “İqtisadi kooperasiya”, “Sənaye 4.0”, “Yaşıl iqtisadiyyat” və “Ağıllı kənd təsərrüfatı” ilə bağlıdır, təlimin dili ingilis dilidir, təlim mərhələsi 6 həftədir, Almaniyada təcrübə 2 həftə nəzərdə tutulub.

Müsabiqədə iştirak etmək istəyən namizədlərdən aşağıda qeyd olunan sənədləri ingilis dilində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin [email protected] e-mail ünvanına (mövzu yerinə "Almaniyada ixtisasartırma kursu" yazmaqla) göndərmələri xahiş olunur:

- Müraciət forması (Application Form);

- Şəxsiyyət vəsiqəsinin surəti;

- E-sosial portalından iş yerinə dair arayış;

- Proqramda iştirakla bağlı şirkət rəhbərliyinin icazə məktubu;

Əlaqələndirici şəxs: Məlahət Kazımova, (+994 12) 404 04 01 / (+994 55) 200 04 57, [email protected].

Son xəbərlər

Orphus sistemi