KOB evlərinə gəlmədən onlayn növbə əldə et

KOB evlərinə gəlmədən onlayn növbə əldə et KOB evlərində dövlət və özəl qurumların göstərdiyi xidmətlərdən istifadə etmək istəyən sahibkarlar mərkəzlərə gəlmədən onlayn növbə əldə edə bilərlər
Biznes
20 May , 2021 19:23
KOB evlərinə gəlmədən onlayn növbə əldə et

KOB evlərində dövlət və özəl qurumların göstərdiyi xidmətlərdən istifadə etmək istəyən sahibkarlar mərkəzlərə gəlmədən onlayn növbə əldə edə bilərlər.

"Report" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, bu məqsədlə Agentliyin yaratdığı “KOB növbə” sistemi KOB evlərinə müraciət edən sahibkarlara daha operativ xidmət göstərilməsinə imkan verir. “KOB növbə” tətbiqi sahibkarlara KOB evlərində olan növbə sayı və növbənin bitmə vaxtını izləməyə imkan verir ki, bu da sahibkarların vaxt itkisinin qarşısını alır.

Sahibkarlar “KOB növbə” tətbiqini “Android” (“GooglePlay”) əməliyyat sistemləri ilə çalışan mobil qurğular üzərindən yükləyə bilərlər : (https://play.google.com/store/apps/details?id=aze.asanx.kob_queue).

Sahibkarlara vahid məkanda xidmətlərin göstərilməsi üçün hazırda Xaçmaz və Yevlax şəhərlərində olmaqla iki KOB evi fəaliyyət göstərir. KOB evlərinin hər birində sahibkarlara 20-yə yaxın dövlət və özəl qurum 200-dən çox xidmət təqdim edir. Ətraflı məlumat üçün: https://bit.ly/3xhY4rs

Son xəbərlər

Orphus sistemi