KİV: Loqistika baxımından Azərbaycan dəhlizi alternativə çevrilib

KİV: Loqistika baxımından Azərbaycan dəhlizi alternativə çevrilib “Qərb sanksiyaları təsdiqlədikdən sonra Asiyanın 10-a yaxın yol dəhlizi Avropa ölkələri üçün səmərəsiz oldu. Azərbaycan dəhlizi alternativə çevrilib”.
Biznes
30 May , 2022 05:37
KİV: Loqistika baxımından Azərbaycan dəhlizi alternativə çevrilib

“Qərb sanksiyaları təsdiqlədikdən sonra Asiyanın 10-a yaxın yol dəhlizi Avropa ölkələri üçün səmərəsiz oldu. Azərbaycan dəhlizi alternativə çevrilib”.

“Report” Qazaxıstanın “Xəbər 24” telekanalına istinadən xəbər verir ki, bunu nəqliyyat üzrə ekspert Vaso Uruşadze deyib.

“İndi Gürcüstan və Azərbaycanın bizə keçən bu yük axınını qəbul edə bilməsi vacibdir. Daşıma ilə bağlı ümumi strategiyanın işlənib hazırlanması üçün Gürcüstan, Azərbaycan və Qazaxıstan arasında danışıqlara ehtiyac var”, - ekspert qeyd edib.

Telekanal qeyd edib ki, Asiyadan Avropaya uzanan məşhur İpək Yolunun keçdiyi Gürcüstan yeni perspektivlərin astanasındadır. İndi ölkə əlverişli coğrafi mövqeyinə görə strateji əhəmiyyət qazanır.

Son 6 ildə ilk dəfə olaraq Qazaxıstan nefti Batumi dəniz limanı vasitəsilə daşınacaq. Sanksiyalar artıq ənənəvi beynəlxalq ticarət zəncirlərini pozub. Loqistik dəyişikliklər Asiya ölkələrinə, o cümlədən Qazaxıstana da təsir edib.

Son xəbərlər

Orphus sistemi