Kiçik Qafqazın minerallarla ən zəngin təbii su müəssisəsindən - REPORTAJ

Kiçik Qafqazın minerallarla ən zəngin təbii su müəssisəsindən - REPORTAJ Uşaqlıqdan bəzi tez-tez eşitdiyimiz yaxud işlətdiyimiz bir ifadə var: “Filan yeri suyu göz yaşı kimi durudur”. Təbii ki, biz bununla suyun necə təmiz və xeyirli olduğunu göstərməyə çalışırdıq. Daim axtarışda olan insan ağız dadına uyğun keyfiyyətli suyun
Biznes
372
11 İyun , 2021 10:01
Kiçik Qafqazın minerallarla ən zəngin təbii su müəssisəsindən - REPORTAJ

Uşaqlıqdan bəzi tez-tez eşitdiyimiz yaxud işlətdiyimiz bir ifadə var: “Filan yeri suyu göz yaşı kimi durudur”. Təbii ki, biz bununla suyun necə təmiz və xeyirli olduğunu göstərməyə çalışırdıq. Daim axtarışda olan insan ağız dadına uyğun keyfiyyətli suyun formulunun necə olması ilə maraqlanır.

Elə bizi də bu maraq aparıb Gədəbəyə “Slavyanka” sularının istehsal edildiyi məkana çıxardı. Öncə onu deyim ki, bu ad mənə 2000-ci illərin əvvəllərindən tanışdır. Hətta o vaxt bu yeni brendin bazar iştirakçıları arasında rezonans doğurduğunu görürdük. Öz sevimli su brendini “Slavyanka”ya dəyişənlərin bir izahı var idi – Bu su minerallarla zəngindir!

“Zəhmət”in məhsulu

“Slavyanka” sularının istehsal edildiyi və qablaşdırıldığı Gədəbəy Mineral Suları Fabriki 2004-cü ildə həkim Nadir İbrahimov və dostu tərəfindən yaradılıb.

“Slavyanka” və “Gədəbəy” markası ilə istehsal edilən suları Gədəbəy dağlarına olan 8 bulağın sularından formalaşır. Fabrik rayonun Zəhmət kəndində yerləşir.

Nadir İbrahimov deyir ki, müxtəlif istiqamətlərdən 8 boru vasitəsilə gələn su 2 boru xətti ilə fabrikə daxil olur. Bulaqlar fabrikdən müxtəlif məsafələrdə yerləşir. Belədir ki, ən uzaq bulaq fabrikdən uzaqlığı 17 km-dir.

“Gələn suyun temperaturu 11 dərəcə olsa da, istehsalat prosesində qablaşdıralan zaman temperatur 14 dərəcəyə qədər yüksəlir. Su boru vasitəsilə gəlib membran örtüklə izolyasiya olunmuş yeraltı anbarlara daxil olur. Anbarlarımızın tutumu 700 tondur. Su bulaqların üzərində yerləşdirilən filtrlərdən keçir sonra burada filtrlərdən keçib anbara daxil olur. Filtrlər suyun tərkibindəki asılı maddələri tutur. Onun fiziki, kimyəvi tərkibinə toxunmur”-deyə o, əlavə edir.

Fabrik rəsmisi qeyd edir ki, hər saatdan bir suyun fiziki, kimyəvi analizi, həftədə bir dəfə isə mikrobioloji analizi edilir və ümumilikdə istehsal edilən sular ISO sertifikatının tələblərinə tam cavab verir.

“Slavyanka” həm də limonad brendidir

Fabrikdə qazlı və qazsız ağ sularla yanaşı müxtəlif çeşiddə limonadlar da istehsal edilir. Nadir İbrahimov qeyd edir ki, limonad istehsalı üçün lazım olan dadlandırıcı və qatqılar Almaniyanın Döhler şirkətindən idxal edilir.

Elə müəssisənin keyfiyyət və qida təhlükəsizliyinə cavabdeh şəxs olan Selim Kara da qardaş ölkədən dəvət edilib. S.Kara limonadın hazır olması üçün tələb olunan prosedur və tələbləri sadaladıqca anlamaq olur ki, əslində bu bir çoxlarımızın düşündüyü kimi suya rəng və şəkər qatıb qablaşdırmaq kimi asan başa gəlmir.

“İstehsal prosesində istifadə olunan qablar 65 dərəcədə xüsusi yuyucu vasitələrlə yuyuruq daha sonra həmin qablar doluma gedir. Limonad istehsalında tamamilə təbii şəkərdən istifadə edirik. Belə ki, təbii şəkəri 65-70 dərəcədə pasterizə edirik və daha sonra onu filtrdən keçirib şərbət halına salaraq, qarışma cihazına göndəririk. Karbon-Dioksidin (CO2) daha yaxşı qarışması üçün temperaturunu 4 dərəcəyədək endiririk. Su və karbon əlavə edib dolum xəttinə göndəririk. Dolum xəttində şüşələr əl dəymədən yuyulur, limonad doldurulur və qapağı bağlanılır. Etiketləmə mərhələsinə göndəririk. Gün ərzində 50 min litrədək istehsal gücümüz var. Pandemiya səbəbindən gündəlik olaraq 10-12 min litr limonad istehsal edirik. Çalışırıq ki, tələbatı aşmayaq, əks təqdirdə son istifadə tarixi bitir və biz məhsulu geri qaytarırıq”- deyə o, bildirib.

Pandemiya dövründə iş

Fabrik rəsmisi koronavirus pandemiyasının onların fəaliyyətinə də mənfi təsir etdiyini qeyd edir. Vaxtilə həftənin bütün günləri istehsal olan müəssisə indi yalnız 3-4 gün işləyir:

“Mütəmadi olaraq əməkdaşlarımız COVID-19 testindən keçirlər. Həmçinin koronavirus əleyhinə vaksin vurdurulması prosesinə də başlanıb”.

Prezident tövsiyə verdi və “Gədəbəy” markası yarandı

Bir iqtisadi yazar olaraq mənə Gədəbəy Mineral Suları Fabrikinin vizyonu və gələcək inkişaf meylləri maraqlıdır. Bütün bu suallara aydınlıq gətirən müəssisənin İcraçı direktoru Adil Haqverdiyev qeyd edib ki, Fabrik öz istehsalında ölkə prezidentinin tövsiyəsini əsas götürüb:

“Fabrikin açılışında cənab prezident bildirdi ki, nə əcəb “Gədəbəy” markası ilə su istehsal edilmir?! Və bununla da yeni marka yarandı. Şüşə qablarda satışa çıxarılan “Gədəbəy” suları da kifayət qədər tanınır. Hazırda ölkə üzrə 15 mindən çox daimi və aktiv müştərimiz var. Ümumilikdə 30 min nəfərlik müştəri bazası var. Təbii bulaq suyunu Bakıda hansısa müəssisədə doldurulan su ilə qarışdırılmamalıdır. Təbiilik qiymətlərdə də rəqabət yaradır. Əgər Bakıda doldurulan suların 19 litri 2,5-3 manata başa gəlirsə, Gədəbəy Mineral Suları Fabrikinin eyni həcmli suyu 3,80 manatdır. Arada 80 qəpik fərq olsa da keyfiyyətin qarşılığında bu o qədər də böyük rəqəm deyil”.

İş adamının sözlərinə görə, 44 günlük vətən müharibəsi nəticəsində torpaqların işğaldan azad edilməsi və pandemiya şərtlərinin getdikcə yumşaldılması bazarda yeni imkanlar açır.

“Bizim üçün əsas məsələ keyfiyyətdir. Bu səbəbdən də ən müasir texnologiyalardan istifadə edirik. Həmçinin mütəmadi olaraq xarici mütəxəssisləri dəvət edirik. Həmçinin bir neçə əməkdaşımız xaricdən xüsusi dəvət edilən mütəxəssislərdir”.

Son xəbərlər

Orphus sistemi