Kanada Azərbaycana lobya ixracını bərpa edib

Biznes
  • 08 avqust, 2022
  • 13:03
Kanada Azərbaycana lobya ixracını bərpa edib

Bu ilin yanvar-may aylarında Azərbaycana xaricdən 988 min ABŞ dolları dəyərində 815,2 ton lobya (qurudulmuş) gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 10,2 %, kəmiyyət olaraq – 15 % azalıb.

Hesabat dövründə Özbəkistandan 883 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 1 % artıb) 741 ton (-6,8 %), Qırğızıstandan 36 min ABŞ dolları dəyərində (-80 %) 22,8 ton (-82 %), Rusiyadan 33 min ABŞ dolları dəyərində 24 ton (bir il əvvəl tədarük olmayıb), Türkiyədən 33 min ABŞ dolları dəyərində (+11 dəfə) 25,4 ton (+8,8 dəfə), Kanadadan 3 min ABŞ dolları dəyərində 2 ton məhsul alınıb.

On il 4 aylıq fasilənin ardından Kanadadan tədarük bərpa edilib.

Ötən il Azərbaycanın idxal etdiyi (17 ölkədən) 2 min 720 ton lobyanın 81,7 %-i Özbəkistanın, 6,4 %-i Qırğızıstanın, 5 %-i Braziliyanın payına düşüb.