Vladimir Potemkin: "Azərbaycandan daha çox sərmayə gəlməsini istərdik"

Vladimir Potemkin: "Azərbaycandan daha çox sərmayə gəlməsini istərdik" “Kaluqa vilayətinin ixracatı xeyli çoxdur. Mən isə vilayətin xarici ticarət işlərinə baxan adam kimi Azərbaycandan daha çox sərmayə gəlməsini istərdim. Söhbət təkcə ticarətdən getmir”.
Biznes
28 Yanvar , 2021 17:09
Vladimir Potemkin: Azərbaycandan daha çox sərmayə gəlməsini istərdik

“Kaluqa vilayətinin ixracatı xeyli çoxdur. Mən isə vilayətin xarici ticarət işlərinə baxan adam kimi Azərbaycandan daha çox sərmayə gəlməsini istərdim. Söhbət təkcə ticarətdən getmir”.

Bunu “Report”un yerli bürosuna Rusiyanın Kaluqa vilayətinin qubernatorunun müavini Vladimir Potemkin Moskva vilayətində “Azərbaycan” pavilyonunun açılış mərasimində bildirib.

Tərəflər arasında logistika və kənd təsərrüfatı sahəsində əməkdaşlıq üçün əlverişli zəmin olduğunu qeyd edən Rusiyanın vilayət rəsmisi Bakı-Kaluqa təyyarə uçuşlarının açılmasında da maraqlı olduqlarını diqqətə çatdırıb: “Hazırda danışıqlar gedir, hələlik elə bir nəticəsi yoxdur. Amma böyük məmnuniyyətlə Bakıya da gedər, oradan qonaq da qarşılayardıq”.

Son xəbərlər

Orphus sistemi