Azərbaycan Çindən Avropaya yüklərin daşınmasında etibarlı və perspektivli marşrut kimi önə çıxır.
Bunu "Report"a açıqlamasında Çexiyanın “JUSDA Europe” logistika şirkətinin Şərq ölkələri üzrə mütəxəssisi Yana Tomaşova bildirib.
“Ölkənin yüksək keyfiyyətli infrastrukturu bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Tez-tez qarşılaşdığımız problemlərdən biri də pis hava şəraiti və çatdırılmada gecikmələrdir. Logistika proseslərini optimallaşdırmaq üçün dəniz və dəmir yolu dəhlizləri daxil olmaqla, müxtəlif nəqliyyat yollarından istifadə imkanlarını nəzərdən keçirdik. Azərbaycan bu sahədə etibarlı və perspektivli marşrut kimi diqqət çəkir”, - deyə Y. Tomaşova qeyd edib.