JTI şirkəti 9 il ardıcıl olaraq “Qlobal Aparıcı İşəgötürən” mükafatına layiq görülür

JTI şirkəti 9 il ardıcıl olaraq “Qlobal Aparıcı İşəgötürən” mükafatına layiq görülür JTI (“Japan Tobacco International”) şirkəti Aparıcı İşəgötürənlər İnstitutu (“Top Employers İnstitute”) tərəfindən dünya üzrə müstəsna İR siyasətləri və iş təcrübələri ilə sayılıb-seçilən 15 qlobal Aparıcı İşəgötürənlərdən biri adına layiq görülüb.
Biznes
8 Fevral , 2023 14:31
JTI şirkəti 9 il ardıcıl olaraq “Qlobal Aparıcı İşəgötürən” mükafatına layiq görülür

JTI (“Japan Tobacco International”) şirkəti Aparıcı İşəgötürənlər İnstitutu (“Top Employers İnstitute”) tərəfindən dünya üzrə müstəsna İR siyasətləri və iş təcrübələri ilə sayılıb-seçilən 15 qlobal Aparıcı İşəgötürənlərdən biri adına layiq görülüb.

Bu rəsmi ad, işçilərin rifahını yaxşılaşdırmaq üçün gördüyümüz hər bir işin, əldə etdiyimiz nailiyyətlərin başında əməkdaşlarımızın dayandığını və şirkət olaraq, müxtəlifliyə və inklüzivliyə verdiyimiz önəmi bir daha təsdiq edir.

"Gördüyümüz hər işin başında insanların dayanması, JTI şirkətini unikal Aparıcı İşəgötürənə çevirir. Biz həqiqətən əməkdaşlarımıza qayğı ilə yanaşırıq; necə ki, onlar da Şirkətə qayğı ilə yanaşır.” - JTI şirkətinin Belarus və Qafqaz Klasterinin İnsanlar və Mədəniyyət şöbəsinin direktoru Natali Dincer bildirir

Biz, öz əməkdaşlarımız üçün daha yaxşı iş mühiti yaratmaq məqsədilə bir sıra layihələri uğurla həyata keçirdik:

- NWOW – Yeni İş Üsulları – Bu, əməkdaşlarımıza öz iş yerlərini və vaxtlarını planlamağa, konkret olaraq nə vaxt və harada işləmək istədikləri ilə bağlı qərar verməyə imkan verən layihədir. Bu yanaşma etimad üzərində qurulub və işçilərə daha balanslı “iş-həyat” kombinasiyası yaratmağa imkan verir.

- Bərabər Ailə Məzuniyyəti Siyasəti - cinsindən asılı olmayaraq müvafiq işçilər üçün 20 həftəlik tam ödənişli məzuniyyəti nəzərdə tutur.

- Sürətli Mükafatlandırma Proqramı / Stimullaşdırıcı Mükafatlar – JTI şirkətinin hər bir əməkdaşına öz həmkarlarını həm pul, həm də qeyri-pul mükafatlarına namizəd kimi irəli sürmək imkanı

-Parlaq Təcrübə Yaşa! – Bu, tələbələrin gerçək iş dünyası ilə əlaqə quraraq mükəmməl təcrübə əldə etdikləri bir layihədir. Müsabiqənin qalibləri beynəlxalq ödənişli internatura imkanı qazanır və daha sonra, hətta JTI şirkətinin işçisi ola bilərlər.

Belarus və Qafqaz Klasterinin baş direktoru Sergey Buksa JTI şirkətinin dünyanın 62 ölkəsində uğurla sertifikatlaşdırıldığını qeyd edib. O, “JTI Azərbaycan” şirkətinin əməkdaşlarının bu nailiyyətdə böyük pay sahibi olmasını da bildirib:

"9 il ardıcıl olaraq Aparıcı İşəgötürən adına layiq görülməyimiz, indiki və gələcək əməkdaşlarımıza aydın bir mesaj verir: biz, fəaliyyət göstərdiyimiz hər bir yerdə müxtəlifliyə və inklüzivliyə daha çox yer verməklə, əməkdaşlarımıza öz karyera yollarını inkişaf etdirmələrinə imkan yaratmaqla, hər zaman onların rifahının yaxşılaşdırılması istiqamətində tərəqqiyə nail olmağa davam edəcəyik”.

Son xəbərlər

Orphus sistemi