“Johnson&Johnson” şirkətinin separatçıları dəstəkləməsi etirazlara səbəb olub

Biznes
  • 01 noyabr, 2020
  • 09:12
“Johnson&Johnson” şirkətinin separatçıları dəstəkləməsi etirazlara səbəb olub

"Johnson&Johnson" şirkəti işğal altında olan Dağlıq Qarabağdakı separatçılara dəstək mesajı verib.

“Report” xəbər verir ki, şirkətin rəsmi tvitter hesabında paylaşılan mesajda separatçıların qondarma respublikasına dəstək ifadə olunur.

Mesajda bildirilir ki, işğal olunmuş ərazilərdə baş verən qarşıdurmalarda ziyan görənlərə dəstək üçün ayrılan yardımları Beyənlxalq Qırmızı Xaç Cəmiyyətinə təhvil verəcəklər.

Şirkətin tanınmamış qondarma respublikaya belə dəstək verməsi sosial şəbəkə istifadəçilərinin hiddətinə səbəb olub və bununla bağlı etirazlar başlayıb.

“Johnson&Johnson” şirkətinin separatçıları dəstəkləməsi etirazlara səbəb olub