“İvanovka Aqropark”ın səhmdarlarının yığıncağı keçiriləcək
- 09 avqust, 2025
- 09:56
Yeniliklərdən dərhal xəbərdar olun!
Sentyabrın 12-də, saat 15:00-da “İvanovka Aqropark” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, yığıncaq Bakı şəhəri, Sabunçu rayonu, Bəşir Bünyadov küçəsi, 12 ünvanında olacaq.
Yığıncağın gündəliyinə şirkətin Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi və digər məsələlər daxildir.
Xatırladaq ki, bu ilin fevral ayında İvanovkada fəaliyyət göstərən Nikitin adına kolxoz adını və təşkilati-hüquqi formasını dəyişərək "İvanovka Aqropark"a çevrildiyini elan edib. Həmin kolxoz Kalinin adına kolxoz kimi 1936-cı ildə yaradılıb. 1953-cü ildən 1994-cü ilə kimi kolxoza Nikolay Vasilyeviç Nikitin rəhbərlik edib. Müəssisə ölkədə yeganə kolxoz olub. Onun nizamnamə kapitalı 12 233 650 manatdır.