"Italdizain" və "Lladró" Qarabağ atı heykəllərinin məhdud saylı seriyasını təqdim edir - FOTO

"Italdizain" və "Lladró" Qarabağ atı heykəllərinin məhdud saylı seriyasını təqdim edir - FOTO Əl işi çini qablar hazırlayan məşhur ispan brendi "Lladró" Qarabağ atlarının bənzərsiz miniatür heykəllərini məhdud sayda istehsal edib. Filiqran üsulu ilə işlənmiş, Azərbaycanın milli simvollarından birinin şərəfinə ərsəyə gətirilmiş heykəl ilk dəfə eksk
Biznes
21 İyun , 2024 12:30
Italdizain və Lladró Qarabağ atı heykəllərinin məhdud saylı seriyasını təqdim edir - FOTO

Əl işi çini qablar hazırlayan məşhur ispan brendi "Lladró" Qarabağ atlarının bənzərsiz miniatür heykəllərini məhdud sayda istehsal edib. Filiqran üsulu ilə işlənmiş, Azərbaycanın milli simvollarından birinin şərəfinə ərsəyə gətirilmiş heykəl ilk dəfə eksklüziv olaraq Bakıda, Şirvanşahlar sarayında baş tutan tədbirdə təqdim edilmişdir.

Qarabağın qaçağan atları hələ XVII əsrdə Qarabağda yetişdirilmiş, atçılıq sahəsində Azərbaycana beynəlxalq şöhrət qazandırmış qədim dağ atları cinsinə aiddir. Qarabağ atı əsaslı olaraq Azərbaycanın milli simvolu, onun tarixinin canlı şahidi və ölkənin mədəni irsinin bir hissəsi hesab edilir. Əsrlər boyu bu nəcib heyvanlar Azərbaycan rəssamları, heykəltaraşları və şairlərinin ilham mənbəyinə çevrilib. Xalq yaradıcılığında və ədəbiyyatda Qarabağ atlarının gözəlliyi ta qədimdən ahuların və ceyranların gözəlliyi ilə müqayisə olunaraq tərənnüm edilirdi. Onillər boyu Qarabağ regionu uğrunda mübarizə aparmış ölkə ənənələrinə yeni həyat verir və məşhur cinsin şöhrətini bərpa edir.

Əsrin dörddə birini ən gözəl atların yetişdirilməsinə həsr edən məşhur Qarabağ atları mütəxəssisi Quluzadə Yaşar Əlihüseyn oğlunun rəhbərliyi altında şöhrətli ispan emalatxanasının məharətli ustaları heykəl kompozisiyasının ən kiçik detallarını belə diqqətlə və səbirlə işləmişdir.

Qədim Azərbaycan ənənəsinə görə, atın beli yəhərin altından ənənəvi naxışlarla toxunmuş Qarabağ xalçası ilə örtülür. Yəhər xalçası qismində istifadə olunan çul özündə üç əsas elementdən ibarət bədii kompozisiyanı ehtiva edir. Mərkəzi medalyon hissəsi "Bulud" olaraq tanınan "S" hərfi formasında naxışla bəzədilib. Bu naxışa tez-tez Qarabağ xalçaları qrupuna aid "Malıbəyli" xalçalarında rast gəlinir. Çulun aşağı sol küncündə xaç formasında, diaqonal olaraq toxunmuş, "Çarx" kimi tanınan element yerləşdirilib. Bu naxış Şirvan xalçaları qrupunun "Salyan" xalçası üçün xarakterikdir. Aşağı sağ küncdəki naxış heyvan təsvirlərindən əldə edilən motivdir və "Böcək" adlanır. Aparılmış mədəni və etnoqrafik araşdırma, nadir arxiv materiallarının tədqiqi sayəsində klassik rəng ahəngi ilə orijinal ornament "Lladró" heykəl miniatürünün ərsəyə gətirilməsi üçün yenidən canlandırılıb. Orijinal elementlərin dəqiq bərpasını təmin edən "Azərxalça" şirkətinin bilik və təcrübəsi bu prosesdə başlıca rol oynayırdı.

Qızılı rəngli yəhəri mürəkkəb gül ornamenti şəklində zərif əl işi oyma bəzəyir, kəhər Qarabağ atlarının təbii rəngini əks etdirmək üçün isə mis rəngi çalarlı tünd qəhvəyi minadan istifadə edilib. Yüyən ağızlığı və üzəngi qızıl suyuna salınmış bürüncdən, cilov isə təbii dəridən hazırlanmışdır.

Heykəl 750 ədəd olmaqla məhdud sayda buraxılıb. Hər bir heykələ tiraj üzrə individual nömrə təyin edilib. Bakıdakı dünya premyerasından sonra Qarabağ atı "Lladró" brendinin fəaliyyət göstərdiyi digər regionlarda təqdim ediləcək.

"Lladró" brendinin Azərbaycandakı eksklüziv nümayəndəsi "Italdizain" şirkətidir.

Ünvan: Azərbaycan, Bakı, 28 may küçəsi 7A.
Əlaqə nömrəsi: +994 (12) 498-00-53

"Lladró" brendi və onun kolleksiyaları haqqında ətraflı məlumatı aşağıda qeyd olunan saytdan əldə edə bilərsiniz: https://italdizain.az/ru/brands/lladro

Layihənin hazırlanmasında iştirak etdiyi və təfərrüatlara diqqət yetirdiyi üçün "ADEC" şirkətinə xüsusi təşəkkür edirik.

Son xəbərlər

Orphus sistemi