Bu ilin yanvar-may aylarında Türkiyənin İstanbul şəhərindən Azərbaycana 486 milyon 585 min ABŞ dolları dəyərində məhsul gətirilib.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin müvafiq dövrünə nisbətən 5,3 % çoxdur.
Həmçinin 2023-cü ilin mayında İstanbuldan Azərbaycana 93 milyon 913 min ABŞ dollarlıq məhsul gətirilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 6,3 % artım deməkdir.
Qeyd edək ki, Türkiyədən Azərbaycana məhsul göndərən şəhərlər arasında İstanbul ixrac dəyərinə görə liderdir. Həmçinin Azərbaycan məhsul idxal etdiyi əsas ölkələrin də əksəriyyətini üstələyib və göstəriciyə görə Rusiya və Çindən sonra gəlir.