“İsrail Azərbaycanın tərəfdaşıdır və biz hazırda bərpa olunan ərazilərdə birgə işləməyi səbirsizliklə gözləyirik”.
Bunu “Report”a açıqlamasında İsrailin Azərbaycandakı səfiri Corc Dik deyib.
"Dostluğumuz getdikcə dərinləşir. İsrail biznesi Azərbaycan üçün maraqlıdırlar, ölkəyə daha çox cəlb olunur. İsrail şirkətlərdən biri Zəngilanda fəaliyyət göstərir. Əməkdaşlığımızın bəhrə verəcəyini gözləyirik”, - o qeyd edib.
Xatırladaq ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanla İsrail arasında ticarət dövriyyəsinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 48,9 % artaraq 645 ,9 milyon ABŞ dollar təşkil edib. Son 1 ildə Azərbaycanın bu ölkəyə ixracının dəyəri 50,4 % artaraq 618,1 milyon ABŞ dolları, idxalının dəyəri isə 22 % artraraq 27,8 milyon ABŞ dolları təşkil edib.