İspaniyadan Azərbaycana suxarı tədarükü bərpa edilib

Biznes
  • 07 sentyabr, 2022
  • 08:46
İspaniyadan Azərbaycana suxarı tədarükü bərpa edilib

2022-ci ilin ilk 6 ayı ərzində Azərbaycana xaricdən 618,26 min ABŞ dolları dəyərində 336,81 ton suxarı gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 40,1 %, kəmiyyət olaraq – 43,6 % çoxdur.

Rusiyadan 315,37 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 30 % artıb) 173,51 ton (+11 %), Türkiyədən 160,29 min ABŞ dolları dəyərində (+26 %) 58,85 ton (+34 %), Ukraynadan 64,45 min ABŞ dolları dəyərində (+21 %) 28,94 ton (+7,9 %), İrandan 55,99 min ABŞ dolları dəyərində 69,67 ton (bir il əvvəl tədarük olmayıb), Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) 15,64 min ABŞ dolları dəyərində 4,26 ton məhsul alınıb.

Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq BƏƏ-dən tədarük həyata keçirilib. Bir il 11 ayın tamamında İspaniyadan tədarük bərpa edilib. Həmin ölkədən 0,41 min ABŞ dolları dəyərində 0,01 ton suxarı idxal edilib.

Hesabat dövründə Azərbaycan 106,26 min ABŞ dolları dəyərində 39,37 ton suxarı ixrac edib ki, bu da əvvəlki ilin analoji dövrünün göstəricilərindən müvafiq olaraq 22,8 dəfə və 18 dəfə çoxdur.

Moldovaya 78,1 min ABŞ dolları dəyərində 26,72 ton, Qazaxıstana 25,02 min ABŞ dolları dəyərində 11,03 ton (bir il əvvəl tədarük olmayıb) və Gürcüstana 3,15 min ABŞ dolları dəyərində (-32,3 %) 1,62 ton (-26,4 %) məhsul satılıb.

Bu il son 11 ildə ilk dəfə olaraq Moldovaya tədarük həyata keçirilib.

44 - Tezliklə