ISO Bakıda “Liderlik və İdarəetmə İnkişaf Proqramı” üzrə regional seminar keçirir

ISO Bakıda “Liderlik və İdarəetmə İnkişaf Proqramı” üzrə regional seminar keçirir Bakıda Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) təşkilatçılığı ilə Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) inkişaf etməkdə olan ölkələrin milli standartlaşdırma qurumları üçün “Liderlik və İdarəetmə İnkişaf Proqramı” üzrə regional seminar
Biznes
27 May , 2024 09:23
ISO Bakıda  “Liderlik və İdarəetmə İnkişaf Proqramı” üzrə regional seminar keçirir

Bakıda Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) təşkilatçılığı ilə Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) inkişaf etməkdə olan ölkələrin milli standartlaşdırma qurumları üçün “Liderlik və İdarəetmə İnkişaf Proqramı” üzrə regional seminarı işə başlayıb.

"Report" xəbər verir ki, seminarda Azərbaycanla yanaşı, Albaniya, Baham adaları, Burkina Faso, Beliz, Butan, Kolumbiya, Qana, Yunanıstan, Keniya, Monqolustan, Qətər, Ruanda, Səudiyyə Ərəbistanı, Yəmən və İsveçdən milli qurumların rəhbər heyətləri iştirak edir.

O cümlədən, tədbirə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini İlqar Həsənov, AZSTAND-ın müdiri İlham Bayramov, ISO-nun potensialın genişləndirilməsi üzrə şöbəsinin rəhbəri Erik Kiek qatılıb.

Seminarın əsas məqsədi ISO-nun strategiyası və fəaliyyəti, qərar qəbuletmə prosesləri, idarəetmə strukturları üzrə biliklərin təkmilləşdirilməsi, ISO-nun üzvləri olan milli standartlaşdırma qurumlarının rəhbər heyətinin liderlik bacarıqlarının inkişaf etdirilməsi, o cümlədən ISO-nun fəaliyyətində və strukturunda milli standartlaşdırma qurumlarının nümayəndələrinin iştirakının genişləndirilməsidir.

Son xəbərlər

Orphus sistemi