"İslahat icmalı": Azərbaycan kağızsız ticarətdə regional liderdir

"İslahat icmalı": Azərbaycan kağızsız ticarətdə regional liderdir İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) "İslahat icmalı" Azərbaycanın kağızsız ticarət sahəsində regional liderliyinə həsr olunub.
Biznes
3 Avqust , 2021 12:35
İslahat icmalı: Azərbaycan kağızsız ticarətdə regional liderdir

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) "İslahat icmalı" Azərbaycanın kağızsız ticarət sahəsində regional liderliyinə həsr olunub.

"Report" xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, BMT-nin Asiya və Sakit Okean Komissiyasının (UNESCAP) “Transsərhəd kağızsız ticarətə hazırlığın qiymətləndirilməsi” layihəsinin cari il üzrə sorğusunun nəticəsinə görə, Azərbaycan 2019-cu il ilə müqayisədə 5% artım nümayiş etdirərək ümumilikdə 86% ilə həm qonşu ölkələr (Rusiya 84,95%, Gürcüstan 82,8%, İran 77,4%, Ermənistan 62,4%, Türkiyə 86%), həm də MDB ölkələri ilə müqayisədə 1-ci yerdə qərarlaşıb. Bütün dünya üzrə ortalama göstərici 64,95%, inkişaf etmiş ölkələr üzrə isə 81,9%-dir.

"İslahat icmalı"nda qeyd olunub ki, Prezident İlham Əliyevin bu sahədə apardığı geniş islahatlar nəticəsində “Rəqəmsal Ticarət Qovşağı” portalının yaradılması və “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycanın mövqeyinin gücləndirilməsi, xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” ölkə prezidentinin fərmanından irəli gələn tapşırıqların yerinə yetirilməsi transsərhəd ticarət prosedurlarının sadələşdirilməsinə gətirib çıxarıb, elektron və kağızsız ticarətin, xüsusilə də, transsərhəd kağızsız ticarətin inkişafını stimullaşdırıb. Təsadüfi deyil ki, Azərbaycan reytinqin transsərhəd kağızsız ticarət alt indikatoru üzrə 2 il müddətinə 33% artıma nail olub və bu sahənin inkişaf sürətinə görə qlobal səviyyədə öncül mövqeyə sahib olub. Gömrük sahəsində aparılmış islahatlar - “Yaşıl Dəhliz”, “Avtomatlaşdırılmış Gömrük Sistemi” və “Bir pəncərə” elektron sisteminin yaradılması, gömrük bəyannamələrinin elektron qaydada doldurulması və sertifikatların elektron formada təqdim edilməsi, eləcə də, gömrük rüsumları və vergilərinin elektron formada ödənilməsi Azərbaycanda ticarət prosedurlarının sadələşdirilməsinə xidmət edib və reytinqdə də “tam icra” kimi qiymətləndirilərək mövqeyimizin yaxşılaşdırılmasına gətirib çıxarıb. Eyni zamanda, Azərbaycanın 20 fevral 2021-ci il tarixindən qüvvəyə minən “Asiya-Sakit Okeanında Sərhədlərarası Kağızsız Ticarətin Asanlaşdırılması Çərçivə Sazişi”ni imzalayan ilk dövlətlərdən olması da qlobal müstəvidə ölkənin bu sahədə mövqeyinin yaxşılaşdırılmasına öz müsbət töhfəsini verib.

"İslahat icmalı"nın xüsusi buraxılışı ilə bu link vasitəsilə tanış olmaq mümkündür:

https://bit.ly/37euxTM

Xatırladaq ki, İİTKM UNESCAP-ın milli koordinatorudur.

Son xəbərlər

Orphus sistemi