İSB saxta “Yaşıl Kart" sığorta müqavilələri ilə bağlı açıqlama yayıb

İSB saxta “Yaşıl Kart" sığorta müqavilələri ilə bağlı açıqlama yayıb Avtonəqliyyat vasitəsinin sahibi Azərbaycan Yaşıl Kartını yalnız Yaşıl Kart Sistemində fəaliyyət göstərmək hüququna malik olan yerli sığortaçılarla müqavilə bağlayaraq əldə etməlidir
Biznes
644
30 Oktyabr , 2020 16:02
İSB saxta “Yaşıl Kart sığorta müqavilələri ilə bağlı açıqlama yayıb

Son zamanlar nəqliyyat vasitəsi sahiblərinin beynəlxalq sığorta kartı olan “Yaşıl Kart”la bağlı saxta sığorta müqavilələrinin satılmasına dair “İcbari Sığorta Bürosu”na (ISB) xaricdə fəaliyyət göstərən “Yaşıl Kart” büroları tərəfindən məlumatlar daxil olub.

ISB-dən “Report”a verilən məlumata görə, bununla əlaqədar vətəndaşların diqqətinə çatdırılır ki, “İcbari Sığortalar haqqında” qanunun 63.2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş avtonəqliyyat vasitəsinin sahibi Azərbaycan "Yaşıl Kart"ını yalnız Yaşıl Kart Sistemində fəaliyyət göstərmək hüququna malik olan yerli sığortaçılarla müqavilə bağlayaraq əldə etməlidir.

Bildirilir bununla yanaşı, vətəndaşlardan xahiş edirik ki, xarici ölkələrə səfər zamanı "Yaşıl Kart" sığorta təminatının alınmasında aşağıdakılara diqqət etsinlər:

1. "Yaşıl Kart" blankında yuxarıda solda yerləşən “İcbari Sığorta Bürosu”nun logosunun olmasına;
2. "Yaşıl Kart"ın qüvvədə olduğu ölkələri əks etdirən cədvəldə (8 -ci bölüm) səyahət edəcəyi ölkənin üzərindən xətt çəkilib-çəkilməməsinə;
3. "Yaşıl Kart"ı təqdim edən sığortaçı (10-cu bölüm) barədə məlumatların dəqiqliyinə.

Qeyd edək ki, vətəndaşlar İcbari Sığorta Bürosunun rəsmi internet səhifəsi (www.isb.az) vasitəsi ilə və ya (012) 595 00 20 telefonuna zəng etməklə də "Yaşıl Kart"ın etibarlılığı barədə məlumat əldə edə bilərlər.

Son xəbərlər

Orphus sistemi